Nazir: Ermənistanla sülh sazişi üçün TRIPP öhdəlikləri tam yerinə yetirilməlidir

Nazir: Ermənistanla sülh sazişi üçün TRIPP öhdəlikləri tam yerinə yetirilməlidir Siyasət

“Uzun illər aparılan siyasət nəticəsində münaqişəyə son qoyulub".

News24.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına dair jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Nazir vurğulayıb ki, Cənubi Qafqazda yeni geosiyasi reallıqlar formalaşır: “2025-ci ildə bunun ilk elementlərini müşahidə edirik. 2026-cı ildə bu proses davam etdiriləcək".

Ceyhun Bayramov qeyd edib ki, Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması üçün Ermənistan konstitusiyasının dəyişməsi və TRIPP layihəsi üzrə öhdəliklərin tam yerinə yetirilməsi zəruridir. O əlavə edib ki, son dövrlərdə iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələrinin qarşılıqlı səfərləri həyata keçirilib və Qəbələdə delimitasiya üzrə komissiyanın iclası baş tutub.

Nazir həmçinin bildirib ki, Azərbaycandan Ermənistana taxıl və neft məhsulları çatdırılır.