"Nazir hadisə yerinə gedir" - Ali Yerlikaya
Siyasət
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya Türkiyəyə məxsus hərbi təyyarənin Gürcüstanda qəzaya uğramasına münasibət bildirib.
News24.az xəbər verir ki, bu barədə o, özünün X hesabında yazıb.
"Azərbaycandan ölkəmizə uçan Müdafiə Nazirliyimizə məxsus C-130 hərbi-nəqliyyat təyyarəsinin Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğradığını dərin hüznlə öyrəndim.
Hazırda axtarış-xilasetmə əməliyyatları davam edir. Mən Gürcüstanın daxili işlər naziri cənab Geka Geladze ilə telefonla danışdım. Nazir də hadisə yerinə gedir", - DİN rəhbəri qeyd edib.