Nazir maltalı həmkarı ilə COP29-u müzakirə etdi
Siyasət
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ABŞ-da BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində maltalı həmkarı, ATƏT-in fəaliyyətdə olan sədri İan Borq ilə görüşüb.
News24.az xəbər verir ki, bu barədə C.Bayramov X səhifəsində paylaşım edib.
“Azərbaycan-Malta əməkdaşlığı, Azərbaycan-ATƏT münasibətləri, münaqişədən sonrakı regional inkişaf və COP29-a hazırlıqla bağlı fikir mübadiləsi aparıldı”, - paylaşımda vurğulanıb.