Novruzov: Digər siyasi partiyalara ayrılan büdcə artırıla bilər

Novruzov: Digər siyasi partiyalara ayrılan büdcə artırıla bilər Siyasət

“Ötən illərdə yerli özünüidarəetmə orqanlarının maliyyəsində müəyyən artımlar olurdu və dövlət də onlara dotasiya ayırırdı. Amma 2026-cu il üçün bu sahədə əlavə artım nəzərdə tutulmayıb”.

News24.az xəbər verir ki, bunu Milli Məclisdə 2026-cı ilin büdcə zərfinin ikinci oxunuşda müzakirəsi zamanı parlamentin Regional məsələlər komitəsinin sədri, deputat Siyavuş Novruzov bildirib.

Deputat qeyd edib ki, yerli özünüidarəetmə institutlarının maliyyəsinin artırılmasına ehtiyac var: “Əgər büdcədə əlavə imkan yaranarsa, bu sahəyə artımın edilməsi həmin strukturların fəaliyyətini daha geniş və effektiv edə bilər. Xocavənd istisna olmaqla digər rayonlar öz gəlirlərini formalaşdırır və bu gəlirlərin artıq hissəsinin 50 faizi yerində qalır. Düşünürəm ki, bu rəqəmi 70 faizə yüksəltmək mümkündür”.

"Vətən xaini olan AXCP və Müsavat partiyalarını çıxmaq şərti ilə yerdə qalan digər partiyalar ümumdövlət maraqları çərçivəsində birlikdə fəaliyyət göstərir. Bu baxımdan, siyasi partiyaların büdcəsinin artırılması məqsədəmüavfiq olardı", - deyə S.Novruzov əlavə edib.