Nyu-Yorkda TDT XİN rəhbələrinin qeyri-rəsmi toplantısı keçirildi - FOTO

Nyu-Yorkda TDT XİN rəhbələrinin qeyri-rəsmi toplantısı keçirildi - FOTO Siyasət

Türk Dövlətləri Təşkilatına (TDT) dövrü sədrlik edən Azərbaycanın ev sahibliyi ilə TDT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi toplantısı keçirilib.

News24.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Toplantı BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində baş tutub.

İclasda oktyabrın 29-30-da Türkiyədə keçiriləcək TDT-nin 13-cü Zirvə görüşünə hazırlıq məsələləri, həmçinin Türk dünyası ilə bağlı qlobal və regional proseslər müzakirə olunub.