“Ölkəmizdə bunlar ləğv edilməlidir”
Siyasət
“Ölkəmizdə vergi ödəyiciləri üçün nəzərdə tutulan güzəştlər ləğv edilməlidir”.
News24.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin maliyyə nazirinin müavini Arman Poqosyan bildirib.
O deyib ki, əsasən Vergi Məcəlləsində sahibkarlara və özəl şirkətlərə yeni iş yerlərinin yaradılmasına imkan yaradan imtiyazın aradan qaldırılması zəruridir:
“Söhbət sahibkarlardan bu məqsədlə tutulan verginin yenidən bərpasından gedir. Çünki 10 il ərzində tətbiq olunmasına baxmayaraq, ondan cəmi 4 sahibkarlıq subkeyti faydalanıb. Mən düşünürəm ki, bu addım indiki şəraitdə dövlət büdcəsi üçün əlavə yükdən başqa bir şey deyil”.
Fərid Azəri