Overçuk Azərbaycana təşəkkür etdi

Overçuk Azərbaycana təşəkkür etdi Siyasət

Rusiya Baş nazirinin müavini Aleksey Overçuk göstərdiyi mehriban münasibətə və rusiyalıların sərhədi keçməsindəki səylərinə görə Azərbaycana təşəkkür edib.

News24.az xəbər verir ki, Overçuk Rusiya vətəndaşlarından ibarət birinci qrupun artıq Azərbaycan-İran sərhədini keçdiyini söyləyib.

"50-yə yaxın Rusiya vətəndaşı artıq Azərbaycan ərazisindədir. Ümumilikdə 500-dən çox Rusiya vətəndaşı Azərbaycana keçmək üçün qeydiyyatdan keçib. Azərbaycan tərəfinin vətəndaşlarımıza konstruktiv və mehriban münasibətini qeyd edirik. Biz buna görə minnətdarıq", – Baş nazirin müavini vurğulayıb. (APA)