"Öz iyrənc və acgöz məqsədlərinə xidmət edir" - Əlimusa İbrahimov
Siyasət
"Son günlər Ermənistanda revanşist bəyanatlar intensivləşib. Bu məsələdə əsas rol Ermənistanın arxasında dayanan qüvvələrin fəallaşmasıdır. Heç kimə sirr deyil ki, Azərbaycana qarşı diplomatik sahədə edilən təzyiqlərin fayda vermədiyini görən erməni himayədarları daha da hiddətləniblər və bizə qarşı bütün cəbhələr üzrə total hücum kampaniyası başlayıb".
Bu fikirləri News24.az-a açıqlamasında politoloq Əlimusa İbrahimov deyib. Politoloq qeyd edib ki, Avropa Şurası Parlament Assambleyasının və digər qurumların Azərbaycana qarşı qəbul etdiyi qərarlar buna sübutdur.
"Avropa və Amerikadakı dəstəkçilərin səsi yüksəldikcə Ermənistandakı revanşist qüvvələr hərəkətə keçir. Onlar hələ də qavraya bilmirlər ki, regiondankənar qüvvələr burada gedən proseslərə real müdaxilə etmək imkanına malik deyillər. Erməni kilsəsinin rəhbəri isə insanlar arasında münaqişəni aradan qaldırmaq əvəzinə onu daha da körükləyir. Bu bütün tarix boyu belə olmuşdur. Erməni kilsəsi və onun başında dayananlar həmişə öz iyrənc və acgöz məqsədlərinə xidmət etmişlər və bu gün də bu missiyanı həyata keçirməkdə davam edirlər.
Revanşist cəhdlərin isə yaxşı nəticələnməyəcəyi ermənilərə daha yaxşı məlumdur. Çünki Azərbaycan torpaqlarının işğal altında olduğu 30 il ərzində belə bu fikirlərdən əl çəkməyərək "yeni torpaqlar uğrunda yeni müharibələr" arzusunda olmuşlar. Bu çağırışlar Azərbaycanı hərbi qüdrətini artırılması istiqamətində daha ciddi tədbirlər görməsi ilə nəticələnəcək. Azərbaycan xaricdən olan təzyiq və təsirlərə boyun əymədən öz regional və qlobal siyasətini davam etdirməli və bir gün belə hərbi sənayesini gücləndirməkdən əl çəkməməlidir", - deyə politoloq fikirlərini yekunlaşdırıb.
Aynurə