Paris görüşünün sirri açıldı: - ABŞ hansı məlumatı verib?

Paris görüşünün sirri açıldı: - ABŞ hansı məlumatı verib? Siyasət

Birləşmiş Ştatlar yaxın gələcəkdə Ukraynada atəşkəslə bağlı əhəmiyyətli irəliləyiş gözləyir.

News24.az xəbər verir ki, bu barədə “Bloomberg” Parisdə Ukrayna ilə bağlı keçirilən görüşlə bağlı məlumatlı mənbələrə istinadən yazıb.

“Parisdə avropalılarla görüşdə Amerika rəsmiləri bir neçə həftə ərzində Ukraynada tam atəşkəsə nail olmaq istədiklərini bildiriblər”, - nəşrin müəllifləri təfərrüatları bölüşüblər.

Məqalədə bildirilir ki, ABŞ görüş iştirakçılarına mesaj verib ki, məqsəd ən qısa müddətdə atəşkəs və davamlı sülhə nail olmaqdır./Publika.az