Parlament seçkiləri üçün 50 nəfərə yaxın şəxs - MÜRACİƏT EDİB

Parlament seçkiləri üçün 50 nəfərə yaxın şəxs - MÜRACİƏT EDİB Siyasət
Azərbaycanda gələn fevralın 9-na təyin edilmş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 50-ə yaxın şəxs müraciət edib.

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.
M.Pənahov bildirib ki, həmin müraciət edən şəxslərinin 7 nəfərinin namizədliyi artıq təsdiq olunub. /report/