"Paşinyan Ermənistanı oyuncağa ÇEVİRİR"
Siyasət
“Paşinyan rejimi Ermənistanı məqsədləri olmayan oyuncaq bir dövlətə çevirməyə çalışır”.
News24.az erməni KİV-ə istinadən xəbər verir ki, bunu “Ermənistan” blokunun nümayəndəsi Artsvik Minasyan deyib.
O bildirib ki, hakimiyyət erməni milli kimliyini məhv etməyi qarşısına məqsəd qoyub.
A. Minasyan yeni konstitusiyanın qəbuluna ehtiyac olmadığını da deyib:
“Hakimiyyətin ölkəni məhvə doğru apardığını görmək ağırdır. İndi Ermənistan fundamentsiz binanı xatırladır. Paşinyan hökuməti üçüncü respublikanı məharətlə məhv edir”.
Fərid Azəri