Paşinyan hakimiyyətdən gedir: - Yerinə bu şəxs gətirilir

Paşinyan hakimiyyətdən gedir: - Yerinə bu şəxs gətirilir Siyasət

Qərb Paşinyanı hakimiyyətini göndərmək və onun yerinə daha itaətkar kadr gətirməyi düşünür. Paşinyanın Rusiya və Qərb arasında “ballada rəqsi “ oynaması Ermənistana çox güclü dəstək verən Qərb dairələrində ciddi narazılıqla qarşılanıb.

Paşinyan tərəfindən sülhün qurulması barədə bəzi hallarda müsbət mesajların verilməsi də, Qərb dairələrini də ciddi narahat edir. Qərb Cənubi Qafqazda sülh prossesini pozacaq istənilən addımını dəstəkləyir. Bu vəziyyətdən istifadə edən Təhlükəsizlik Şurasının katibi Armen Qriqoriyan Qərbə özünü itaətkat kadr kimi göstərməyə başlayıb. Bu isə hakim partiyada daxilində ciddi ixtilaflara səbəb olub. Məlumata görə, Qriqoryanın öz siyasi rəhbərinə xəyanət edərək Qərblə anlaşması Paşinyanın ciddi etirazına səbəb olub. Paşinyanın sifarişi ilə ölkənin xarici işlər naziri Ararat Mirzoyan Armen Qriqoriyan özünə yaxın olan media qurumlarında Qriqoriyanı söydürməklə məşğuldur.

Erməni mətbuatı bir neçə gündür ki, Təhlükəsizlik Şurasının katibini çox ağır formada tənqid edir. Armen Qriqoriyanla bərabər Qərb parlamentin sədri Alen Simonyanın da üzərində işləyir. Simonyanın da son zamanlar Paşinyanla münasibətləri qəlizləşib. Mirzoyanın bu məsələdə həvəsli olmasının səbəbi isə Paşinyandan sonra komandanın başına özünü real namizəd kimi görməsidir. Bəs, Qərb istədiyinə nail olacaqmı? Bu, olduqca qəliz məsələdir. Erməni xalqı yeni müharibə istəmir. Bunu 44 günlük müharibədən sonra keçirilən seçkilərdə revanşist qüvvələrə qarşı Paşinyanı dəstəkləməklə cavab verdi. Həm də Qriqoriyan elə güclü  nüfuzlu şəxs deyil ki, Paşinyanı devirməyi bacarsın. 

Ehtimal ki, Qriqoriyan yaxın vaxtlarda vəzifəsindən azad ediləcək. Bu zaman onu Paşinyana qarşı üsyan bayrağı qaldıraraq yeni siyasi partiya quracağı gözləniləndir. Qriqoriyanın yeni partiya qurması isə ölkədə qərbmeyilli müxalifətin yaranmasına səbəb olacaq. Köçəryan – Sarkisyan cütlüyünün rəhbərlik etdiyi rusmeyilli qüvvələri qarşısında Qriqoriyan – Simonyan cütlüynün qərbmeyilli siyasi hərakatın yaranması Ermənistanda kəskin siyasi qarşıdurmaya səbəb olacaq. Kriminal qrupların əlində bu cür fərqli siyasi qütblər gələcəkdə Ermənistanda vətəndaş müharibəsi ilə nəticələnə bilər.                                                                                         

 Zeynal