Paşinyandan Qarabağ etirafı: - “Bu qərarı daha tez verməli idik”
Siyasət
Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə Qarabağ məsələsində diqqətçəkən açıqlama ilə çıxış edib.
News24.az xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında bildirib. Azərbaycanın ərazi bütövlüyünü tanımaqla bağlı 2022-ci ildə verdiyi qərara toxunaraq bildirib ki, bu addımın daha əvvəl atılması zəruri idi.
“Bəli, 2022-ci ildə mən Azərbaycanın ərazi bütövlüyünü və Qarabağı onun tərkibində tanımışam. Bu qərar xeyli əvvəl verilməli idi”, – deyə Paşinyan bildirib.
Ermənistan hökumət başçısı bu gecikmənin regionda bir çox faciəli nəticələrə səbəb olduğunu etiraf edib və bununla bağlı təəssüfünü ifadə edib. O qeyd edib ki, vaxtında veriləcək belə bir qərar həm münaqişənin gedişatını dəyişə, həm də bölgədə sabitliyin bərqərar olmasına töhfə verə bilərdi.
Aqil