Paşinyan: Ermənistan Türkiyədən Azərbaycana tranzitə hazırdır

Paşinyan: Ermənistan Türkiyədən Azərbaycana tranzitə hazırdır Siyasət

“Ermənistan artıq bu gündən Türkiyədən Azərbaycana yük maşınlarının tranzitini təmin etməyə hazırdır”.

News24.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu sözləri ölkənin baş naziri Nikol Paşinyan deyib.

“Ermənistan bu gün artıq Türkiyədən gələn yük maşınlarının Marqara və Kornidzor vasitəsilə Azərbaycana və əks istiqamətə tranzitini təmin edə bilər. Biz bunu təklif edirik, çünki bu marşrut artıq hazırdır”, - deyə o bildirib.

Paşinyan həmçinin qeyd edib ki, TRIPP layihəsinin icrası üçün Ermənistan və ABŞ-nin birgə yaradacağı şirkət fəaliyyət göstərəcək və strateji əhəmiyyət kəsb edən məsələlərdə həlledici səs hüququ Ermənistana məxsus olacaq.