Paşinyandan delimiyasiya, sülh, yolların açılması ilə bağlı mühüm açıqlamalar
Siyasət
"Delimitasiya prosesi ilə bağlı bütün hüquqi prosedurlar yekunlaşıb. Həm Ermənistan, həm də Azərbaycan üçün məcburi hüquqi qüvvəyə malikdir. İndi biz "Sülh kəsişməsi" (Trip - marşrut/yol mənasında) layihəsinin reallaşdırılmasına diqqət yetirməliyik. Yəni sülhün təsisatlaşdırılması variantlarından biri budur ki, bu marşrut, dəmir yolu, avtomobil yolu, qaz kəməri, neft kəməri,– əgər qaz və neft kəmərləri olarsa, – işə düşsün”.
News24.az xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan brifinq zamanı deyib.
“Mən üç şeyin olacağını dəqiq bilirəm. Bunlar dəmir yolu, avtomobil yolu və elektrik ötürücü xətləridir. Bu üçünün 100 faiz olacağına tam əminəm. O biri ikisinə (qaz və neft kəmərlərinə) niyə əmin deyiləm? Çünki orada resursların cəmlənməsi və boru kəmərlərinin çəkilməsi məsələləri var ki, bununla bizdən daha çox tərəfdaşlarımız məşğul olmalıdır.
Bu üç layihənin icra olunması artıq sülh deməkdir. Təsəvvür edin, biz Azərbaycan vasitəsilə gedib-gəlirik, Azərbaycan Ermənistan ərazisindən gedir-gəlir, qatarlar keçir və s. Bu, sülhdür. Və əlbəttə ki, biz sülh sazişinin imzalanması, ratifikasiyası və digər məsələlər istiqamətində işlərimizi davam etdirəcəyik”, - deyə Paşinyan bildirib.
Biz itkin düşmüş qardaşlarımızla bağlı məsələləri də unutmamışıq. Azərbaycanın da itkin düşmüş şəxslərlə bağlı problemləri var. Biz hesab edirik ki, bu məsələlər əməkdaşlıq şəraitində həll olunmalıdır. Çünki azərbaycanlılar itkin düşmüş şəxslərin yerini bizim dəstəyimiz olmadan təkbaşına tapa bilməzlər, biz də onların dəstəyi olmadan tapa bilmərik. Və buradakı əməkdaşlıq təkcə sülhün təsisatlaşdırılması baxımından deyil, həm də ümumiyyətlə, bu ağır münaqişə səhifəsini bağlamaq üçün çox mühüm bir mərhələdir. Çünki biz bu məsələdə maraqlıyıq. Bəzən elə bir təəssürat yaranır ki, sanki biz öz tərəfimizdən hansısa məlumatları bilirik, amma demirik. Həqiqətən çox çətindir, illər keçib və s. Bəzən (bu məlumatları tapmaq) çox çətin olur, lakin biz birgə işlə bu problemlərin hamısını həll etməliyik. Delimitasiya da mütləq baş tutmalıdır”, - deyə baş nazir vurğulayıb.
Paşinyan Ermənistanla Azərbaycan arasında ikitərəfli ticarətdən də söz açıb: “Bu hazırda inkişaf edir və bu, sülhün çox mühüm sütunudur. Mən ümid edirəm ki, – yox, sadəcə ümid etmirəm, əminəm ki, bu istiqamət inkişaf edəcək. Əlbəttə, sülhün mümkün qədər geniş cəbhədə təsisatlaşdırılması yaxşıdır və biz bu istiqamətdə işləməliyik".