Paytaxt Xankəndiyə köçürülə bilər?

Paytaxt Xankəndiyə köçürülə bilər? Siyasət

“İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə Görüşünün Xankəndi şəhərində keçirilməsi həm rəmzi, həm də tarixi əhəmiyyət daşıyır”.

News24.az xəbər var ki, bu fikirləri Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev Modern.az-a açıqlamasında söyləyib. 

O bildirib ki, Azərbaycan Ordusunun gücü və Ali Baş Komandan, Prezident İlham Əliyevin düşünülmüş, uzaqgörən siyasəti nəticəsində işğaldan azad olunan torpaqlarda bu gün böyük layihələr və möhtəşəm tədbirlər həyata keçirilir:

“Azad edilən ərazilərin bərpası, yenidən qurulması və oradakı tikinti işləri elə yüksək səviyyədə aparılır ki, bu nəinki Azərbaycan vətəndaşlarını, həm də ölkəmizə gələn qonaqları və dövlət rəhbərlərini də heyran edir”.

Komitə sədri əlavə edib ki, Xankəndidə baş tutan zirvə görüşü öz əhəmiyyəti ilə yadda qaldı və uzun müddət xatırlanacaq:

“Bu tədbir yalnız iqtisadi əməkdaşlıq və dostluq görüşü deyildi, həm də beynəlxalq həmrəylik nümunəsi idi. Türkiyə, Pakistan, Özbəkistan və digər qardaş ölkələrin bu zirvə toplantısında iştirakı, Azərbaycanda gedən böyük işlərə verdikləri yüksək qiymət, dövlətimizin beynəlxalq aləmdə qazandığı uğurları bir daha nümayiş etdirdi”.