Penitensiar Xidmətin zabiti zorakılıq faktı üzrə - SAXLANILDI
Siyasət
Gürcüstan Xüsusi İstintaq Xidmətinin əməkdaşları tərəfindən aparılan araşdırmalar nəticəsində zorakılıq faktı üzrə Gürcüstan Ədliyyə Nazirliyinin Xüsusi Penitensiar Xidmətinin əməkdaşı həbs edilib.
News24.az xəbər verir ki, bu barədə Gürcüstan Xüsusi İstintaq Xidməti məlumat yayıb.
Qurumun məlumatına görə, cinayət 3 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
“İstintaq müəyyən edib ki, hüquq-mühafizə orqanının əməkdaşı 2023-cü il noyabrın 26-da Rustavi şəhərində, yaşayış evində mübahisə zəminində o, həyat yoldaşına - 1980-ci il təvəllüdlü qadına fiziki təzyiq göstərərək bədəninin müxtəlif nahiyələrinə xəsarət yetirib.
Zərərçəkmiş qadının cinayətlə bağlı bildirişini aldıqdan sonra xüsusi əməliyyat-istintaq xidməti tərəfindən qısa müddətdə aparılan istintaq hərəkətləri nəticəsində hüquq-mühafizə orqanının əməkdaşı saxlanılıb.Cinayət 3 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Xüsusi İstintaq Xidməti iş üzrə araşdırmalarını davam etdirir”, - deyə agentliyin yaydığı məlumatda bildirilir.
Nəzrin