Peskov: Avropa Ukrayna ilə bağlı razılaşmalara mane ola bilər

Peskov: Avropa Ukrayna ilə bağlı razılaşmalara mane ola bilər Siyasət

Kremlin sözçüsü Dmitri Peskov Avropa ölkələrinin Ukrayna münaqişəsinin həlli ilə bağlı mümkün razılaşmaları poza biləcəyini iddia edib.

News24.az xəbər verir ki, bu barədə o, Moskvada jurnalistlərə açıqlama verib.

Peskov bildirib ki, ABŞ sülh yolu ilə həllə çalışsa da, Avropa ölkələri müharibənin uzanmasına şərait yaradır.

O, Rusiyanın Qərbdə dondurulmuş aktivlərini geri qaytarmaq üçün hüquqi yollardan istifadə edəcəyini də vurğulayıb.

Peskov ABŞ-dən Ukrayna ilə bağlı yeni təkliflərin daxil olmadığını və hazırda Moskva ilə Vaşinqton arasında razılaşdırılmış yeni görüşün gündəmdə olmadığını bildirib.

Enerji obyektlərinə hücumların dayandırılması ilə bağlı mümkün atəşkəsə toxunan Kremlin sözçüsü bu istiqamətdə işlərin davam etdiyini, lakin razılaşmanın əhatə dairəsinin hələ dəqiqləşdirilmədiyini qeyd edib.