Peskov BMT-nin qətnaməsini - şərh etdi
Siyasət
Kremlin mətbuat katibi Dmitri Peskov ABŞ-nin BMT-də Ukrayna ilə bağlı qətnaməsi ilə bağlı vəziyyəti şərh edib.
News24.az xəbər verir ki, o bu barədə jurnalistlərə açıqlamasında deyib.
"Biz görürük ki, ABŞ daha balanslı mövqe tutur və bu, həqiqətən də Ukrayna ətrafında münaqişənin həlli səylərinə kömək edir", - Kremlin sözçüsü bildirib.
Onun sözlərinə görə, bu yanaşma böhranın həllinə töhfə vermək istəyindən xəbər verir. /unikal.az