Politoloq Paşinyanı ifşa etdi: - "Yalandan vəd verdi ki, Şuşa və Hadrutu.."
Siyasət
“Nikol Paşinyanın gözlərinin içinə baxıb dedim ki, sən məğlub lidersən, daha böyük uğursuzluqlara səbəb olacaqsan”.
News24.az xəbər verir ki, bu barədə erməni politoloq Tatevik Ayrapetyan deyib.
“2020-ci il müharibəsindən sonra Paşinyanın gözlərinin içinə baxıb dedim ki, sən məğlub lidersən, daha böyük uğursuzluqlara səbəb olacaqsan. Ancaq o, səyahətinə davam etmək qərarına gəldi. 2021-ci ildə seçkilərində iştirak etdi. O, Şuşa və Hadrutu “qaytarmağa” hazır olduğunu bildirdiyi proqramla seçkiyə qatılmışdı. Amma bundan sonra ümumiyyətlə Qarabağ məsələsindən imtina etdi”, - o bildirib.
Ekspertin sözlərinə görə, Ermənistan baş naziri yalan vədlərinə davam edərkən, Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə zəfər çıxışı edirdi.
Ayşən