Prezident Azərbaycanda birgə hərbi təlimlərin keçirilməsini təklif etdi

Prezident Azərbaycanda birgə hərbi təlimlərin keçirilməsini təklif etdi Siyasət

Azərbaycan Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə çıxışında TDT-yə üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsini təklif edib.

News24.az xəbər verir ki, dövlətimizin başçısı deyib: “Ölkələrimiz arasında hərbi, müdafiə və təhlükəsizlik sahələrində geniş əməkdaşlığı nəzərə alaraq, 2026-cı ildə Azərbaycanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin birgə hərbi təliminin keçirilməsini təklif edirik”.