Prezident bu şəxslərə ali hərbi rütbələr verdi - Adlar
Siyasət
Prezident İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.
News24.az xəbər verir ki, Sərəncama əsasən Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilib:
“general-leytenant” hərbi rütbəsi
general-mayor Zaur Zeynalabdul oğlu Rüstəmova
“general-mayor” hərbi rütbəsi
polkovnik Elnur Əli oğlu Ələsgərliyə
polkovnik Hikmət Rövşən oğlu Əliyevə
polkovnik Telman Əsgər oğlu Hüseynova.