Prezident Ərdoğan Qazaxıstanda
Siyasət
Türkiyə Prezidenti Rəcəp Tayyip Ərdoğan Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi zirvə görüşündə iştirak etmək üçün Qazaxıstana səfər edib.
News24.az xəbər verir ki, səfərdə Prezidenti həyat yoldaşı Əminə Ərdoğan və nümayəndə heyəti müşayiət edir.
Türkiyə Prezidenti Rəcəp Tayyip Ərdoğan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə keçirilən Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi zirvə görüşündə iştirak edəcək.