Prezident İlham Əliyev: "Azərbaycan dövləti qalib dövlət kimi əbədi yaşayacaqdır"
Siyasət
Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsində əldə olunan qələbənin beşinci ildönümü münasibətilə təşkil edilən hərbi paradla bağlı paylaşım edib.
News24.az xəbər verir ki, dövlət başçısı paylaşımında qeyd edib:
"Azərbaycan xalqı qəhrəman, müzəffər xalq kimi, Azərbaycan dövləti qalib dövlət kimi əbədi yaşayacaqdır".