Prezident İlham Əliyevin Qırğızıstana səfəri başa çatdı

Prezident İlham Əliyevin Qırğızıstana səfəri başa çatdı Siyasət

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasına işgüzar səfəri sentyabrın 1-də başa çatıb.

News24.az xəbər verir ki, “Manas” Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Qırğızıstan Nazirlər Kabinetinin sədri - Prezident Administrasiyasının rəhbəri Adılbek Kasımaliyev yola salıb.

Prezident İlham Əliyevin Qırğızıstana səfəri başa çatdı Prezident İlham Əliyevin Qırğızıstana səfəri başa çatdı