Prezident İlham Əliyevin Slovakiyaya rəsmi səfəri başa çatdı

Prezident İlham Əliyevin Slovakiyaya rəsmi səfəri başa çatdı Siyasət

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Slovakiya Respublikasına rəsmi səfəri dekabrın 9-da başa çatıb.

News24.az xəbər verir ki, Bratislava şəhərinin Milan Ştefanik adına Beynəlxalq Aeroportunda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Dövlətimizin başçısını Slovakiya Respublikası Prezidenti Aparatının rəhbəri Peter Vodraşka və digər rəsmi şəxslər yola salıblar.