Prezident İspaniyanın Kralına başsağlığı verdi
Siyasət
Prezident İlham Əliyev İspaniyanın Kralı VI Felipeyə başsağlı məktubu ünvanlayıb.
APA xəbər verir ki, məktubda deyilir:
"Əlahəzrət,
Toledo əyalətində sərnişin qatarlarının toqquşması nəticəsində çox sayda insanın həlak olması və xəsarət alması barədə xəbər bizi son dərəcə kədərləndirdi.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İspaniya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm".