Prezident keçmiş deputatla bağlı SƏRƏNCAM İMZALADI
Siyasət
Milli Məclisin keçmiş deputatı Rauf Asif oğlu Əliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
“Yeni Sabah” xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
O, bu mükafata ölkənin ictimai həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə layiq görülüb.
Qeyd edək ki, mayın 27-də R.Əliyevin 70 yaşı tamam olur.