Prezident İlham Əliyev Şahbaz Şərifə təşəkkür etdi
Siyasət
Azərbaycan Prezidenti İlham Əliyev Pakistanın Baş naziri Şahbaz Şərifin Zəfər Günü ilə bağlı təbrikinə görə Pakistan liderinə təşəkkür edib.
News24.az xəbər verir ki, bu barədə Prezidentin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb.
"Əziz qardaşım Məhəmməd Şahbaz Şərif, Zəfər Günü münasibətilə mənə və Azərbaycan xalqına ünvanladığınız səmimi təbriklərə görə təşəkkür edirəm.
8 noyabr torpaqlarımızın azad edilməsini və təxminən otuz illik işğalın sona çatmasını qeyd edən, xalqımız üçün əlamətdar bir gündür.
Biz Pakistanın sarsılmaz həmrəyliyini yüksək qiymətləndiririk. Ötən il Bakıda keçirilən Zəfər Paradında iştirakınız bizim daimi dostluğumuzun və qardaşlığımızın daha bir sübutu idi", - paylaşımda deyilir.
Xatırladaq ki, Ş. Şərif təbrikində 8 Noyabrı Azərbaycan xalqının cəsarət, qətiyyət və fədakarlığının tarixi sübutu adlandırıb.