Prezident Sərəncamlar imzaladı
Siyasət
Prezident İlham Əliyev Azərbaycanın diplomatik korpusunda bir sıra dəyişikliklərlə bağlı sərəncamlar imzalayıb.
News24.az xəbər verir ki, dövlət başçısının sərəncamına əsasən, Rövşən Nüsrət oğlu Sadıqbəyli Azərbaycanın Avstriya və Sloveniyadakı fövqəladə və səlahiyyətli səfiri, həmçinin Azərbaycanın BMT-nin Vyana şəhərindəki bölməsi, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT), BMT-nin Sənaye İnkişafı Təşkilatı (UNIDO), Nüvə Enerjisi üzrə Beynəlxalq Agentlik (MAQATE) və Nüvə Sınaqlarının Tamamilə Qadağan Olunması üzrə Müqavilə Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.
Dövlət başçısının digər sərəncamı ilə Rövşən Sadıqbəyli Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi təyin edilib.
Prezidentin daha bir sərəncamına əsasən, Kamil Tacid oğlu Xasiyev Azərbaycanın Serbiyada, eyni zamanda Monteneqro və Şimali Makedoniyadakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
Digər sərəncamla Kamil Xasiyev Azərbaycanın Avstriyada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Bundan başqa, Tahir Tofiq oğlu Tağızadə Azərbaycanın Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. Dövlət başçısının digər Sərəncamı ilə Tahir Tağızadə Azərbaycanın Serbiyada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Həmçinin Prezidentin daha bir sərəncamı ilə Qalib Malik oğlu İsrafilov Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırılıb.
Esmira Firudin qızı Cəfərova Azərbaycanın Macarıstanda fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Prezident İlham Əliyev sərəncam imzalayıb.