Prezident Ukraynanın sabiq Prezidenti ilə görüşdü

Prezident Ukraynanın sabiq Prezidenti ilə görüşdü Siyasət

Prezident İlham Əliyev Ukraynanın sabiq Prezidenti Viktor Yuşenko ilə görüşüb.

News24.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında paylaşım edilib.

"Bakıda səfərdə olan Ukraynanın sabiq Prezidenti Viktor Yuşenko ilə görüşdüm.

20 ildən artıq davam edən tanışlığımız əsnasında xoş xatirələrimizi bölüşdük, Azərbaycan–Ukrayna münasibətlərinin möhkəmləndirilməsi istiqamətində gördüyümüz birgə işləri xatırladıq və əlaqələrin gələcək perspektivləri barədə fikir mübadiləsi apardıq.

Görüş zamanı Ukraynanın Azərbaycandakı səfiri tərəfindən mənə “İrpin şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi", - paylaşımda qeyd edilib.