Prezidentə mötəbər mükafat verildi - Yeniləndi - Fotolar
Siyasət
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimi keçirilib.
News24.az xəbər verir ki, Prezident İlham Əliyev tədbirdə iştirak edib.
Əvvəlcə Birləşmiş Ərəb Əmirliklərinin himni səsləndirildi.
Sonra “Zayed İnsan Qardaşlığı Mükafatı” ilə bağlı videoçarx nümayiş etdirildi.
Daha sonra Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalam çıxış etdi.
Mərasimdə Prezident İlham Əliyev çıxış etdi.
Daha sonra Ermənistanın Baş naziri Nikol Paşinyan çıxış etdi.
Tədbirdə əfqanıstanlı qadın hüquqları fəalı və tədqiqatçısı, “Zayed İnsan Qardaşlığı Mükafatı”nın digər laureatı Zarqa Yaftalı çıxış etdi.
Mərasimdə, həmçinin “Taavon” Fələstin təşkilatı adından Nabil Qaddumi çıxış etdi.
Daha sonra Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan “Zayed İnsan Qardaşlığı Mükafatı”nı laureatlara təqdim etdi.
Sonda birgə foto çəkdirildi.
17:28
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimi keçirilib.
News24.az-ın məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan təltif ediliblər.
Mükafatı Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan təqdim edib.(Qafqazinfo)