“Prezidentin 10 günə 3 sammitdə iştirakı çoxşaxəli xarici siyasətdir”

“Prezidentin 10 günə 3 sammitdə iştirakı çoxşaxəli xarici siyasətdir” Siyasət

“Prezident İlham Əliyevin oktyabrın ilk 10 günlüyündə üç sammitdə iştirakı Azərbaycanın çoxşaxəli və çoxregional xarici siyasətinin təzahürüdür”.

News24.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X”də yazıb:

“1-2 oktyabr - Avropa Siyasi Birliyinin sammiti, Kopenhagen. Aİ və digər tərəfdaşlarla görüşlər və müzakirələr; 6-7 oktyabr - Qəbələdə Türk Dövlətləri Təşkilatının sammiti. Türk dünyasının həmrəyliyi və birliyi; 9-10 oktyabr - Düşənbədə MDB Sammiti”.