Prezidentin sosial media hesablarında Sərdar Berdiməhəmmədovun Azərbaycana səfərinə dair videoçarx paylaşıldı

Prezidentin sosial media hesablarında Sərdar Berdiməhəmmədovun Azərbaycana səfərinə dair videoçarx paylaşıldı Siyasət

Prezidenti İlham Əliyevin sosial media hesablarında Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana ikigünlük rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb.

News24.az xəbər verir ki, paylaşımda deyilir:

"Qarabağın bərpasında kömək Türkmənistanın, onun Ümummilli Liderinin və bütün qardaş Türkmənistan xalqının Azərbaycana səmimi, dostcasına münasibətinin daha bir göstəricisidir. Türkmənistan xalqına ən xoş arzularla!".