Prezidentin sosial şəbəkə hesablarında Latviya liderinin Azərbaycana səfəri ilə bağlı paylaşım edildi

Prezidentin sosial şəbəkə hesablarında Latviya liderinin Azərbaycana səfəri ilə bağlı paylaşım edildi Siyasət

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Latviya liderinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib. 

News24.az xəbər verir ki, paylaşımda qeyd edilir:

"Cənab Prezident, Azərbaycana xoş gəlmisiniz.

"Doqquz il əvvəl imzalanmış Strateji tərəfdaşlıq haqqında Bəyannamə Azərbaycan–Latviya münasibətlərini yüksək səviyyəyə qaldırıb. Bildirilib ki, Latviyanın prezidentinin bu vəzifədə Azərbaycana ilk rəsmi səfəri dostluq əlaqələrinin daha da möhkəmlənməsinə və qarşılıqlı faydalı əməkdaşlıq üçün yeni imkanların yaranmasına töhfə verəcək", - paylaşımda qeyd olunub.