Putin İlham Əliyevə təşəkkür etdi
Siyasət
Rusiya Prezidenti Vladimir Putin Azərbaycanla münasibətlərin yüksək səviyyədə olduğunu bildirib.
News24.az xəbər verir ki, onun sözlərinə görə, Moskva ilə Bakı arasında əlaqələr ənənəvi dostluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir.
Putinin qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev iki ölkə arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi və əməkdaşlığın yeni məzmunla zənginləşdirilməsi istiqamətində fəal fəaliyyət göstərir.
Rusiya lideri yaxın vaxtlarda İlham Əliyevlə görüşəcəyini də açıqlayıb.
Putin həmçinin İran istiqamətində humanitar yüklərin daşınmasına göstərdiyi dəstəyə görə Azərbaycan tərəfinə təşəkkür edib və bu məsələdə Prezident İlham Əliyevin rolunu xüsusi vurğulayıb.