Putin sabah Ərdoğanla görüşəcək

Putin sabah Ərdoğanla görüşəcək Siyasət

Rusiya lideri Vladimir Putin Türkmənistana səfəri zamanı türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan da daxil olmaqla bir sıra ikitərəfli görüşlər keçirəcək.

News24.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"Sabah Aşqabadda bir sıra ikitərəfli görüşlər planlaşdırılır", - Kreml sözçüsü brifinq zamanı bildirib.