“Qanuni oğru” özünü öldürdü

“Qanuni oğru” özünü öldürdü Kriminal
Kriminal aləmdə “Vaqon” kimi tanınan “qanuni oğru” Vladimir Vaqin Perm vilayətinin Vsesvyatski qəsəbəsindəki cəzaçəkmə müəssisəsində intihar edib. 

 54 yaşlı avtoritetin cəsədi dünən yerli vaxtla 22:30-da saxlanıldığı kamerada tapılıb. Əvvəllər məhkum olunmuş Vaqin “qanuni oğru” tituluna 1995-ci ildə yiyələnib. 

O Ded Xasanın dəstəsinin slavyan klanının rəhbərlərindən olub.