Qarabağa qayıdış mövzusu olmayacaq - Paşinyan
Siyasət
Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, onun hakimiyyəti dövründə Ermənistana 300 min azərbaycanlının köçürülməsi baş verməyəcək.
News24.az xəbər verir ki, seçkiqabağı məzuniyyətdə olan baş nazir, “Vətəndaş Müqaviləsi” Partiyasının lideri bu açıqlamanı brifinq zamanı verib.
O, bununla Samvel Karapetyan və tərəfdarlarının ittihamlarına cavab verib.
Müxalifət nümayəndələri son vaxtlar Paşinyanın hakimiyyətdə qalacağı halda Ermənistana 300 min azərbaycanlının yerləşdiriləcəyini iddia edirdiblər.
Paşinyan isə bu məlumatları yalan adlandırıb və bildirib ki, bu məsələ qapalı hesab etdiyi Qarabağ mövzusu ilə bağlıdır.
“Qarabağa, Naxçıvana, Bakıya, Sumqayıta, Yevlaxa, Gəncəyə qayıdış mövzusu olmayacaq və sair. Bəli, zəmanət verirəm ki, bu, sülh yox, münaqişə mövzusudur”, – deyə Paşinyan bildirib. /Sputnik Ermənistan/