Qarabağda qalan 11 erməni və 1 rus əsilli şəxs Ermənistana təhvil verildi

Qarabağda qalan 11 erməni və 1 rus əsilli şəxs Ermənistana təhvil verildi Siyasət

Azərbaycan Qarabağda qalan 10 erməni və bir rus əsilli Ermənistan vətəndaşını Ermənistana təhvil verib.

News24.az xəbər verir ki, bu barədə Ermənistanın əmək və sosial məsələlər naziri Arsen Torosyan məlumat verib.

Onlar 2023-cü ilin sentyabrında Qarabağın tam şəkildə Azərbaycanın nəzarətinə keçməsindən və əhalinin Ermənistana köçündən sonra bölgədə qalmışdılar.

Nazirin sözlərinə görə, həmin şəxslər Ermənistan və Azərbaycanın müvafiq qurumlarına müraciət edərək köçürülmələrini xahiş ediblər. Bu müraciətlər əsasında qeyd olunan şəxslər Ermənistana çatdırılıb.