Böhran dövründə hüquq mühafizə orqanlarının işi ilə bağlı araşdırmalar gözlənilir - Səfir
Siyasət
Bəzi şəxslər Qazaxıstanın bir sıra şəhərlərindəki etirazlardan vəziyyəti gərginləşdirmək üçün istifadə ediblər. Qazaxıstanda fövqəladə vəziyyət elan olunmasına baxmayaraq, administrasiya binaları, polis əməkdaşları, avtomobillər silahlı hücuma məruz qalıb.
News24.az xəbər verir ki, bunu Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkərimov bu gün keçirdiyi mətbuat konfransında bildirib.
O bildirib ki, etirazlarda radikal qruplaşmaların tərəfində “qaynar nöqtə”lərdə vuruşmuş şəxslər də iştirak edib. Hərbçilərin formasını geyinən terrorçular öz rabitə əlaqələrindən yararlanaraq etiraz iştirakçılarından canlı qalxan kim istifadə ediblər. Qazaxıstana qarşı siyasi, hərbi və dezinformasiya sahəsində terror müharibəsi aparılıb.
Səfir onu da bildirib ki, böhran dövründə hüquq mühafizə orqanlarının fəaliyyəti ilə bağlı araşdırmalar aparılacaq. Eləcə də, Qazaxıstan Təhlükəsizlik Şurası yaxın günlərdə güc strukturlarının yenidən təşkilinin müzakirəsi ilə bağlı iclas keçirəcək: "Prezident iqtisadi və siyasi modernləşmənin yeni kursunu elan edib. Qazaxıstanda bir çox dərin problemlər üzə çıxıb. Bu gün ölkədə oliqarxların sosial məsuliyyətinin artırılmasına vurğu edilir. Bütövlükdə, təklif olunan bütün addımlar sistematik xarakter daşıyır”.
“Dövlət başçısının qətiyyətli addımları ölkəni dinc həyata qaytarmağa imkan verib" deyən səfir qeyd edib ki, Qazaxıstan yeni mərhələyə qədəm qoyur.