Ermənistan tədricən “əriyəcək”: - Qərb bu layihənin... - ŞOK DETALLAR

Ermənistan tədricən “əriyəcək”: - Qərb bu layihənin... - ŞOK DETALLAR Siyasət

İndiki şəraitdə Ermənistandan Zəngəzur dəhlizi məsələsinə kəskin münasibət bir neçə amillə bağlıdır. Birinci növbədə, uzun illər türkə nifrət ideyasını təbliğ edərək öz varlığını davam etdirən siyasi qruplar hesab edirlər ki, Zəngəzur dəhlizinin yaradılması Türk dünyasını birləşdirəcək, bütövləşdirəcək. Bu birliyin içərisində isə Ermənistan tədricən “əriyəcək”. 

Bu sözləri News24.az-a açıqlamasında  AMEA Qafqazşünaslıq İnstitutunun Ermənişünaslıq şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Elnur Kəlbizadə deyib. O bildirib ki, Ermənistanda hesab edirlər ki, sülhün imzalanması üçün əsas maneə Zəngəzur dəhlizi məsələsidirsə bundan istifadə etmək lazımdır:

“Zəngəzur dəhlizi məsələsində yaranmış fikir ayrılıqlarından istifadə edərək müzakirələri uzatmaq, yekun sülh müqaviləsinə imza atmamaqla onlar Ermənistan üçün yarana biləcək əlverişli geosiyasi şəraiti gözləyirlər. Ümid edirlər ki, geosiyasi şərait dəyişə, hansısa qüvvə onları xilas edə bilər. Bu baxımdan onlar hələ də “bəlkə də qaytardılar...” fikri ilə yaşayırlar.  Ermənistanda hakimiyyətdə olan qüvvələrin Zəngəzur dəhlizi ideyasını yaxın buraxmaması, bunun əvəzində isə başqa istiqamətlərdə sərhədlərin açılması və daşınmaların gömrük prosedurlarına tabe edilməsi təklifi ilə çıxış etməsi həm də Rusiya amili ilə bağlıdır. Müharibədən sonra əldə edilmiş razılaşmalara görə dəhlizin təhlükəsizliyinin təminatçısı Rusiya tərəfi olmalıdır. Ermənistan hakimiyyəti isə ola bilsin ki, Qərbin qarşısında Rusiyanın hərbi qüvvələrini Ermənistan ərazisindən çıxarmaq öhdəliyi götürüb. Belə bir məqamda, Rusiyaya Ermənistanda daha bir önəmli rol vermək Paşinyan hakimiyyətinin Qərbdən gələn dəstəyini kəsə bilər. 

E.Kəlbizadə qeyd edib ki, Qərb bu layihənin Rusiyanın nəzarəti altında reallaşmasını, yaradıla biləcək Orta Dəhlizin hər hansı bir hissəsində Rusiyanın nəzarətinin olmasını istəmir:

“Çünki Orta Dəhliz ideyasının özü vaxtilə ona görə irəli sürülüb ki, Rusiya ərazisindən keçən yük daşımalarının və yolların əhəmiyyəti azaldılsın. Şərq-Qərb ticarətinə Rusiyanın nəzarəti azalsın. Rusiya isə belə bir şəraitdə yeni yaradılacaq Orta Dəhlizin də hansısa hissəsində söz sahibi olmaq istəyir ki, proseslərə nəzarəti tam itirməsin. Bunun üçün ən əlverişli nöqtə Ermənistan ərazisidir”.

Mehriban Mirzəzadə



Ermənistan tədricən “əriyəcək”: - Qərb bu layihənin... - ŞOK DETALLAR