"Qırmızı Xaç" 85 xəstəni Ermənistana - apardı

"Qırmızı Xaç" 85 xəstəni Ermənistana - apardı Siyasət

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) avqust ayında da tibbi ehtiyacları olan şəxslərin Laçın yolu ilə keçərək Ermənistana təxliyəsini həyata keçirib.

News24.az xəbər verir ki, bunu Modern.az-ın sorğusuna cavab olaraq BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib. 

"Bu ay biz humanitar neytral vasitəçi rolunda çıxış edərək, 85 nəfər xəstənin və onların ailə üzvlərinin təxliyə olmasına yardımçı olmuşuq",- deyə o qeyd edib.