Quru sərhədlərin açılması təklif olundu

Quru sərhədlərin açılması təklif olundu Siyasət

Milli Məclisdə quru yolla sərhədlərin açılması məsələsinə toxunulub.

News24.az-ın xəbərinə görə, Milli Məclisin deputatı Qüdrət Həsənquliyev bu barədə danışarkən bildirib ki, bu il Azərbaycana gələn turistlərin sayında nəzərəçarpacaq azalma müşahidə olunur və bunun əsas səbəblərindən biri də quru sərhədlərinin bağlı olmasıdır.

"Qonşu ölkələrdən Azərbaycana gəlmək istəyən minlərlə insan var, lakin mövcud məhdudiyyətlər onların gəlişini çətinləşdirir. Ölkəyə turist axınının artırılması, ticarət dövriyyəsinin genişlənməsi və sərhəd regionlarının canlanması üçün quru sərhədlərinin açılması məsələsinə yenidən baxılması vacibdir".