Qəzzaya 7 milyardlıq dəstək: Tramp detalları açıqladı
Siyasət
“ABŞ Sülh Şurasına 10 milyard dollar töhfə verəcək”.
News24.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda Sülh Şurasının ilk iclasında çıxışı zamanı deyib.
O bildirib ki, bir sıra ölkələr Qəzzada yardım səylərinə 7 milyard dollardan çox vəsait ayırıblar.
Xatırladaq ki, Dünya Bankı, BMT və Avropa İttifaqı ötən ilin fevralında Qəzzanın yenidən qurulmasının 50 milyard dollardan çox vəsait tələb edəcəyini hesablayıb. Noyabr ayında isə 70 milyard dollarlıq yeni aralıq qiymətləndirmə hazırlanırdı.
Trampın sözlərinə görə, FIFA da Qəzzada futbol layihələri üçün 75 milyon dollar vəsait toplamağa kömək edəcək. ABŞ, Kanada və Meksika bu ilin sonunda FIFA Dünya Kubokuna ev sahibliyi edəcək.