İrandan ABŞ-yə cavab zərbəsi - Hərbi bazaya hücum

İrandan ABŞ-yə cavab zərbəsi - Hərbi bazaya hücum Siyasət

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin Bəndər-Abbas liman şəhəri yaxınlığına endirdiyi zərbədən sonra Amerika aviabazasına hücum edib.

News24.az xəbər verir ki, bu barədə “Asharq News” məlumat yayıb.

SEPAH bəyan edib ki, ABŞ-nin istənilən növbəti hücumu daha qətiyyətli cavabla qarşılanacaq və nəticələrə görə məsuliyyət Birləşmiş Ştatların üzərinə düşür.

“Reuters” Agentliyi amerikalı rəsmiyə istinadən xəbər verib ki, dünən gecə ABŞ İranın hərbi obyektinə yeni zərbələr endirib. Bildirilib ki, hücumun hədəfi Hörmüz boğazında ABŞ Silahlı Qüvvələrinə və kommersiya gəmilərinə təhlükə yaradırdı.

Bir qədər sonra isə “Axios” portalının jurnalisti Barak Ravid ABŞ Silahlı Qüvvələrinin İranın pilotsuz uçuş aparatlarının buraxılış qurğusunu və dörd kamikadze dronunu məhv etdiyini yazıb. Məlumata görə, İran İslam Respublikası ABŞ hərbi və ticarət gəmilərini məhv etmək üçün dörd kamikadze dronu buraxıb.