Rokfeller Fondunun rəsmisi prezidentlə görüşdü
Siyasət
Fevralın 17-də Münhendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən Rokfeller Fondunun (“The Rockefeller Foundation”)strateji kommunikasiyalar, siyasət və təbliğat üzrə baş vitse-prezidenti Eylin Okonnorun görüşü olub.
News24.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.