Rus ordusunun müdafiəsi yarıldı: - Mövqelər ələ keçirildi
Siyasət
Ukrayna müdafiə qüvvələri Svativ istiqamətində Rusiya ordusunun müdafiəsini yararaq, onları mövqelərindən sıxışdırıb çıxarıblar.
News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidməti məlumat yayıb.
“Hücum briqadasının sərhədçiləri müdafiənin dərinliyinə doğru irəliləyərək Svatativ istiqamətində düşmənin qabaqcıl mövqelərini tutublar”, - məlumatda deyilir.