Ruslar Ukraynada daha bir general İTİRDİ

Ruslar Ukraynada daha bir general İTİRDİ Siyasət

Ukraynada daha bir rusiyalı general minaya düşərək həlak olub.

News24.az rusiya hərbi informasiya kanallarına istinadla xəbər verir ki, rusiyalı general-mayor Vladimir Zavadski noyabrın 28-də avtomobili Xersonda minaya düşüb.

Zavadski Rusiya Silahlı Qüvvələrinin 14-cü Ordu Korpusunun komandirinin müavini vəzifəsini tuturdu.

Mətbuatın yazdığına görə, general Xersonda rusların basdırdığı minaya düşüb.

Zavadski əvvəllər Taman diviziyasının komandiri olub.

Xarkov vilayətinin İzyum bölgəsində döyüşlərdə ağır məğlubiyyət alaraq geri çəkilərkən yaralanıb.

AYLİN