Rusiya müdafiə nazirinə Bakıdan dəvət

Rusiya müdafiə nazirinə Bakıdan dəvət Siyasət

Azərbaycan Rusiyanın müdafiə naziri Andrey Belousovu Bakıya dəvət edib.

News24.az xəbər verir ki, bu barədə Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda çıxışı zamanı məlumat verib, səfir Belousovun səfərinin bu ilin oktyabr ayında reallaşmasının planlaşdırıldığını bildirib.

Mustafayev vurğulayıb ki, müdafiə nazirinin Bakıya gəlişi iki ölkə arasında əməkdaşlığa yeni dinamika qazandıra bilər.

"Bu, münasibətlərimizin mühüm istiqamətlərindən biridir. Müdafiə sahəsində qarşılıqlı fəaliyyət nə qədər intensiv olarsa, bu, ikitərəfli münasibətlərin ümumi inkişafına da müsbət təsir göstərəcək", – deyə diplomat qeyd edib.

Səfir əlavə edib ki, Azərbaycan tərəfi Belousovun səfərini səbirsizliklə gözləyir. (TASS)